Saytımızı qiymətləndirin


 
 

Bakıda güclü yanğın: prospekt bağlandı, əraziyə təcili yardım göndərildi 
Tarix: 27-09-2024 | Saat: 14:28
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda güclü yanğın: prospekt bağlandı, əraziyə təcili yardım göndərildi - VİDEO

27.09.2024-cü il tarixində saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

 

Qarabaqinfo.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

 

İndiyədək hadisə ilə əlaqədar olaraq təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

 

Əlavə məlumat veriləcək.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Qarabaqinfo.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.

 

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın səbəbindən hazırda 8 Noyabr prospektindən mərkəz istiqamətində sıxlıq yaranıb. Nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi ilə birlikdə tədbirlər görülür

 

 

Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

 

DİN-in mətbuat xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

 

1383287

 


Xəbəri paylaş

112 dəfə oxunub.

Digər xəbərlər