Tarix: 07-04-2023 | Saat: 13:36
Bölmə:Karusel / Siyasət | çapa göndər
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə apardığı danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Moskva və Ankara Cənubi Qafqaz və bu regiona qonşu ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarıdır: “Biz Ermənistanla Türkiyə arasında bizim dəstəyimizlə başlayan normallaşma prosesini alqışlayırıq. Regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı səyləri alqışlayırıq. Əlbəttə ki, Cənubi Qafqazın münaqişə sonrası bərpasını alqışlayırıq. Bütün bu məsələlərlə bağlı, bildiyiniz kimi, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalara nail olunub. Bu razılaşmalar işin davam etdirilməsi üçün əsas olaraq qalır.
Ümid edirik ki, qeyri-regional ölkələrdən olan həmkarlarımız bu prosesə mane olmayacaq, tərəfləri üçtərəfli razılaşmaları ciddi şəkildə icra etməyə istiqamətləndirəcəklər!”
Digər xəbərlər