Saytımızı qiymətləndirin


 
 

Rafael Ağayev yenidən "Karate Combat"da: "Müqavilə imzalamaqdan məmnunuq"
Tarix: 13-01-2022 | Saat: 20:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rafael Ağayev yenidən Karate Combatda: Müqavilə imzalamaqdan məmnunuq

Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) yenidən "Karate Combat" turnirində çıxış edəcək.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə turnirin rəsmi saytı xəbər yayıb. 5 qat dünya və 11 qat Avropa çempionu ilə uzunmüddətli müqavilə imzalanıb.

37 yaşlı idmançı turnirin yaxın aylarda start götürəcək 4-cü mövsümündə mübarizə aparacaq.

Əməkdaşlıqla bağlı fikirlərini bölüşən "Karate Combat"ın prezidenti Adam Kovaç Ağayevi karate üzrə bütün zamanların ən böyük idmançılarından biri hesab edib: "Biz onunla bu yeni müqavilə imzalamaqdan məmnunuq. Çünki olimpiya qələbələrinin impulsunu bizim turnirə gətirir və peşəkar dünya çempionatına can atır".

Qeyd edək ki, Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib.



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər