Saytımızı qiymətləndirin


 
 

"Rusiya birinci raundda qalib görünür, lakin Qazaxıstanda qalib gəlməsi çox çətin olacaq"
Tarix: 11-01-2022 | Saat: 21:51
Bölmə:Karusel / Region | çapa göndər

Amerikalı analitik,  Amerikanın keçmiş Dövlət Katibi Ceyms Beykerin (James Baker) Sovet Vətəndaşlığı və Baltikyanı işlər üzrə xüsusi müşaviri  Pol Qobl (Paul Goble) Qazaxıstanda baş verən qarşıdurmalarla bağlı Moderator.az-ın suallarını cavablandırıb. 
Qarabaginfo.az müsahibəsini təqdim edir:
 
- Sizə də məlum olduğu kimi Qazaxstanda son günlərdə qarşıdurmalar yaşanmaqdadır. Bəziləri bunu sosial partlayış, Qazaxstan rəhbərliyi isə terror hadisələri adlandırır.  Bu barədə nə düşünürsünüz? 
 
 
- Düşünürəm  hakimiyyətə qarşı xalq qiyamı var ki,  Qazaxstan hökuməti daxilindəki müxtəlif qruplaşmalar  və  Rusiya kimi xarici iştirakçılar bundan öz xeyirləri üçün  istifadə etməyə çalışırlar. İnanmıram ki,  bu hadisələri qarşılaşdığı çətinliklərdən dolayı çıxılmaz vəziyyətə düşən və üsyan qaldıran Qazax xalqından başqa hər hansı bir qüvvə  yaradıb.
Məncə  bu hadisələr kütlənin uzun müddətli qəzəbindən doğan  və  sürətlə bir bölgədən digərlərinə yayılan  sosial partlayışdır.
 
 
- Son illərdə Qazaxstan hökumətində ikihakimiyyətlilik yarandı. Bir tərəfdə Nazarbayev,  digər tərəfdə isə Tokayevin komandası cəmlənmişdi.Sizcə məhz bu səbəb hazırda istehfada olan hökumətdə korrupsiya faktlarının artmasına səbəb oldumu? 
 
- Doğru vurğulayırsınız. Hökumət daxilindəki parçalanmalar heç bir halda yaxşı nəticələr vermir  və  bundan daha çox əziyyət çəkən isə xalq olur.
İkihakimiyyətlilik zamanı hər bir tərəf bir-birini izləyərək korrupsiya faktlarını yoxlayaraq bunun qarşısını almağa çalışa bilərdilər. Digər halda isə vurğuladınız kimi tərəflərdən biri  və ya  hər ikisi arzu etdiklərini ələ keçirməyə çalışdıqca,  bu hökumət daxilində  daha çox korrupsiyaya səbəb ola bilər . 
 
- Qazaxstanda hazırda baş verən hadisələrin sonunda qalib tərəf olaraq kimi görürsünüz? Nazarbayev, Tokayev,  KTMT adı ilə ölkəyə daxil olan Rusiya, yoxsa  demokratiya arzusunda olan Qazax xalqı? 
 
- Bu suala tam  cavab vermək hələ tezdir. Rusiya birinci raundda qalib görünür, lakin oyunun sonunda Qazaxstanda  qalib gəlməsi çox çətin olacaq. Hadisələrin gedişi onu göstərir ki, Tokayev Nazarbayevi hakimiyyətdən kənarlaşdıraraq bütün gücə sahib olmağa doğru irəlliləyir. Demokratiyanın qazanma ehtimalı isə hələ  çox azdır.  İndi son hadisələrə baxsaq görərik ki,  on gün öncə Qazaxstanda demokratiyanın qalib gəlməsi indikindən daha real görünürdü.
 
- Bəs necə düşünürsünüz, Tokayevin Rusiyanı (KTMT adı ilə) Qazaxstana dəvət etməsində əsas səbəb nə idi? 
 
- Düşünürəm ki, Tokayev qısa müddətdə baş verən etirazlardan dolayı panikaya düşdü və qərara gəldi ki, onu hakimiyyətdə saxlaya biləcək  yeganə yol kənardan hərbi  qüvvə cəlb etməkdir.  Çünki o bilirdi ki,  daxili təhlükəsizlik orqanları qazax xalqını  güllələmək əmrinə əməl etməyəcəkdilər. Səbəb isə o idi ki, Qazaxıstanın güc strukturlarında çalışan şəxsələr küçələrdəki Qazaxlarla eyni millətin nümayəndələridirlər . 
 
- Yuxarıdakı sualımın cavabları arasında ola bilərmi ki, Tokayev Nazarbayevi hakimiyyətdən uzaqlaşdırmaq üçün olacaqları əvvəlcədən planlaşdırsın?
 
- Mən əminəm ki, Tokayev Nazarbayevi öz yolundan kənarlaşdırmaq istəsin , amma düşünmürəm ki, etirazları o təşkil etsin. Əvəzində isə Tokayev də oyunun digər iştirakçıları kimi kütləvi etirazlardan öz məqsədləri üçün istifadə etməyə çalışır. 
 
- Son olaraq bilmək istərdik ki, Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi adı ilə Qazaxstana daxil olması hansı nəticələri verə bilər?
 
- Rəsmi Moskva  bu cür davranışları ilə başqa yerlərdə, xüsusən də Ukraynada istifadə edə biləcəyi bir president yaratmaq istəyir.  Qərb açıq şəkildə bildirməlidir ki, Rusiya bu cür hərəkətlərə yəni demokratik çağırışlara  qarşıdır. Hər şeydən əvvəl  qeyri-Rusiya ölkələrinə göstərməliyik ki, diktaturanın deyil, demokratiya və xalq hakimiyyətinin tərəfdarıyıq. 
Hər kəs başa düşməlidir ki, Rusiyanın bu cür hərəkətləri nəticəsiz qalacaq.


Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər