Saytımızı qiymətləndirin


 
 

Rayonlarda ağacların qanunsuz kəsilməsi faktları müəyyən edildi
Tarix: 31-07-2023 | Saat: 15:27
Bölmə:Karusel | çapa göndər

Rayonlarda ağacların qanunsuz kəsilməsi faktları müəyyən edildi

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran rayonunun Nərimanabad və Beyləqan rayonunun Şəfəq qəsəbələrində, Quba rayonunun Barlı və Göyçay rayonunun Şıxbəy kəndlərində ağacların qanunsuz kəsilməsi faktları müəyyən edilib.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, araşdırma zamanı ağacların Lənkəran rayonunda vətəndaş Eldar Ağayev, Beyləqan rayonunda Əliağa Məmmədov, Quba rayonunda Rəhman Seyidəhmədov, Göyçay rayonunda isə Raqif Maqsudov tərəfindən kəsildiyi məlum olub.

 

“Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.



Xəbəri paylaş

104 dəfə oxunub.

Digər xəbərlər