Saytımızı qiymətləndirin


 
 

Daha 23 ölkənin vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilib
Tarix: 15-10-2021 | Saat: 20:40
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

Daha 23 ölkənin vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilib

Hava nəqliyyatı vasitəsilə daha 23 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.
Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabineti burnunla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müvafiq dəyişiklik edib.
Həmin ölkələr aşağıdakılardır:
Həmin ölkələr aşağıdakılardır:
- Argentina Respublikası;
- Avstraliya İttifaqı;
- Braziliya Federativ Respublikası;
- Bruney Darüssalam;
- Cənubi Koreya Respublikası;
-Çili Respublikası;
- Ekvador Respublikası;
- Kamboca Krallığı;
- Kosta Rika Respublikası;
- Kuba Respublikası;
- Küveyt Dövləti;
- Qazaxıstan Respublikası;
- Maldiv Respublikası;
- Meksika Birləşmiş Ştatları;
- Mərakeş Krallığı;
- Monqolustan;
- Monteneqro;
- Norveç Krallığı;
- Oman Sultanlığı;
- Panama Respublikası;
- Salvador;
- Uruqvay Şərq Respublikası;
- Yeni Zelandiya.
Bu ölkələrin hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışı üçün tələblər aşağıdakılardır:
- yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
- 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.
Həmin şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.



Xəbəri paylaş

1342 dəfə oxunub.

Digər xəbərlər