Saytımızı qiymətləndirin


 
 

DSMF-nin büdcəsinin gəlirləri və xərcləri artırılıb
Tarix: 04-07-2022 | Saat: 12:14
Bölmə:Karusel / Sosial | çapa göndər

DSMF-nin büdcəsinin gəlirləri və xərcləri artırılıb

Prezident İlham Əliyev “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanunda edilən dəyişiklikləri təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 606 269 569,0 manat, xərcləri 5 606 269 569,0 manat məbləğində təsdiq edilib.

Qanuna əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri olaraq müəyyən edilmiş göstərici 299 499 497,0 manat artırılaraq 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslılığı prinsipi gözlənilməklə onun büdcəsinin xərcləri isə eyni həcmdə artırılmaqla 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata çatdırılıb.

Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 5,6 faiz artırılır.



Xəbəri paylaş

1211 dəfə oxunub.

Digər xəbərlər