Tarix: 17-02-2022 | Saat: 18:22
Bölmə:Karusel / Gündəm | çapa göndər
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışı keçir.
Azərbaycan Güləş Federasiyasından Qarabaginfo.az-a verilən məlumata görə, fevralın 10-da start götürmüş hazırlıq prosesi ayın 23-dək davam edəcək.
Yığma baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında gündə 2 məşq keçir. Hazırlıq prosesi əsasən taktiki-texniki çalışmalardan ibarətdir. Olimpiya Güləş Mərkəzində təşkil olunan toplanış qarşıdan gələn yarışlara hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə milli komandanın 2022-ci ildə ilk sınağı reytinq turniri olacaq. Yığma 24 - 27 fevralda Türkiyənin İstanbul şəhərində keçiriləcək Vehbi Əmrə turnirində mübarizə aparacaq. Əsas yarışlar isə marta təsadüf edəcək. 7 - 13 martda Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı baş tutacaqsa, 28 mart - 3 apreldə Macarıstanın paytaxtı Budapeştdə böyüklərin analoji yarışına start veriləcək.
Digər xəbərlər