Saytımızı qiymətləndirin


 
 

Sabahın hava proqnozu
Tarix: 26-06-2021 | Saat: 11:51
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Sabah 38 dərəcə isti olacaq - HAVA PROQNOZU

 

İyunun 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, iyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26 isti, gündüz 35-39 , bəzi yerlərdə 41 dərəcə, Bakıda gecə 24-26 isti, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 45-55 , gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

İyunun 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 , bəzi yerlərdə 43 isti, dağlarda gecə 15-20 isti, gündüz 28-33 dərəcə isti olacaq.



Xəbəri paylaş

1305 dəfə oxunub.

Digər xəbərlər