Saytımızı qiymətləndirin


 
 

Latviya Təhlükəsizlik Xidmətindən əməliyyat: Rusiya kəşfiyyatına casusluq edən iki nəfər saxlanıldı
Tarix: 11-01-2022 | Saat: 16:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

Latviya Təhlükəsizlik Xidmətindən əməliyyat: Rusiya kəşfiyyatına casusluq edən iki nəfər saxlanıldı

Latviyanın xüsusi xidmət orqanları 2021-ci ildə Rusiya hərbi kəşfiyyatı ilə uzunmüddətli əməkdaşlıqda şübhəli bilinən iki nəfəri saxlayıb.

Qarabaginfo.az “Leta” agentliyinə istinadən verdiyi məlumata görə, onların müdafiə sektoru ilə bağlı məxfi məlumatları Rusiya tərəfinə ötürdüyü iddia edilir.

Casusluqda ittiham edilənlər Latviyanın Dövlət Təhlükəsizlik və Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıblar. Latviya istintaqının məlumatına görə, saxlanılanlar Rusiya ərazisində hərbi kəşfiyyatın nümayəndələri ilə görüşüblər. Hər iki şəxs barəsində cinayət işi başlanılıb, saxlanılanlarla bağlı digər təfərrüatlar açıqlanmır.

Xatırladaq ki, ötən il Rusiyayönlü “Soqlasiye” partiyasından olan müxalifətçi deputat Yanis Adamsonun Latviyada həbs edildiyi haqda xəbər yayılmışdı. O, Rusiyanın xeyrinə casusluqda şübhəli bilinirdi. Bu işə görə, Silonov adlı rus da həbs edilmişdi.(Konkret.az)



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər