Tarix: 10-01-2022 | Saat: 21:07
Bölmə:Karusel / Gündəm | çapa göndər
Sahib Nurəddin oğlu Ələkbərov “Şöhrət” ordeni ilə təltif edilib.
Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, S.Ələkbərov 1952-ci il yanvarın 10-da Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib. Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub. 2005-ci ildən 2009-cu ilədək Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul ayının tarixli sərəncamı ilə vergilər nazirinin müavini təyin edilib. Dövlət başçısının 2020-ci il 1 aprel tarixli sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.
Ailəlidir, üç övladı var.
Digər xəbərlər