Saytımızı qiymətləndirin


 
 

Braziliyada qayanın uçması nəticəsində ölən turistlərin sayı 10-a çatıb
Tarix: 09-01-2022 | Saat: 23:37
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Braziliyada qayanın uçması nəticəsində ölən turistlərin sayı 10-a çatıb

Braziliyada qayanın uçması nəticəsində turistləri daşıyan qayıqlarda ölənlərin sayı 10-a çatıb.

Qarabaginfo.az “CNN Brasil”ə istinadən xəbər verir ki, xilasedicilər bu gün daha üç nəfərin cəsədini tapıblar.

Axtarış əməliyyatlarında 50 xilasedici və 11 dalğıc cəlb edilib.

Qeyd edək ki, şənbə günü günorta saatlarında Braziliyanın Minas-Jerais əyalətinin Kapitoliu şəhəri yaxınlığındakı qayanın bir hissəsi dörd turist gəmisinin üzərinə aşıb.

İki batmış qayıqlarda azı 34 turist olub. Xilasedicilərin sözlərinə görə, 10 qurbanın hamısı eyni qayıqda olub.

23 nəfər yüngül bədən xəsarətləri alıb. Onlardan 8-i müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Xilasetmə xidmətinin sözçüsü Pedro Aixaranın sözlərinə görə, uçquna bölgədə güclü yağışlar səbəb olub.(Apa)



Xəbəri paylaş

1211 dəfə oxunub.

Digər xəbərlər