Saytımızı qiymətləndirin


 
 

Əlillik təyinatı aparılan Vətən müharibəsi qazilərinin sayı açıqlanıb
Tarix: 07-01-2022 | Saat: 12:30
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Əlillik təyinatı aparılan Vətən müharibəsi qazilərinin sayı məlum olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov məlumat verib.

Onun sözlərinə görə, Vətən müharibəsində iştirak edərək yaralanan və ilkin olaraq ağır hal kimi müəyyənləşdirilən 3 805 qazinin qiymətləndirilməsini aparılıb: "Onlardan 3 729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb. Ötən il Vətən müharibəsinin 2 500-dən artıq qazisinə əlillik təyinatı aparılıb. Ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyalarının əməkdaşları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”.



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər