Tarix: 02-05-2020 | Saat: 15:53
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Pandemiya dövründə geyim, kosmetika, qızıl, mobil cihazların satışına dair qaydalar müəyyənləşib.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.
Geyim satışı:
- Dəyişmə otaqlarından istifadə qadağandır;
- Kosmetika və ətriyyat satışı:
- Nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır;
- Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti:
- Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.
- Mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri:
- Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.
Digər xəbərlər