Ana Sayfa > Karusel / Sosial > Əlillik təyinatı aparılan Vətən müharibəsi qazilərinin sayı açıqlanıb
Əlillik təyinatı aparılan Vətən müharibəsi qazilərinin sayı açıqlanıb7-01-2022, 12:30. Yazar: Admin |
Əlillik təyinatı aparılan Vətən müharibəsi qazilərinin sayı məlum olub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov məlumat verib. Onun sözlərinə görə, Vətən müharibəsində iştirak edərək yaralanan və ilkin olaraq ağır hal kimi müəyyənləşdirilən 3 805 qazinin qiymətləndirilməsini aparılıb: "Onlardan 3 729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb. Ötən il Vətən müharibəsinin 2 500-dən artıq qazisinə əlillik təyinatı aparılıb. Ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyalarının əməkdaşları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”. Geri dön |