Tarix: 18-02-2019 | Saat: 14:24
Bölmə:Karusel / Problem | çapa göndər
Mərkəzi Bankın keçmiş əməkdaşı Faiq Məmmədov birgə biznes qurmaq istədiyi şəxsin ona 5,3 milyon dollar “atdığını” iddia edib.
“Qafqazinfo”ya müraciət edən F.Məmmədov bildirib ki, özünü “MƏK-AN” MTK-nın təchizatçısı kimi təqdim edən Fuad Bayramov ona təklif edib ki, idarə etdiyi biznesə investisiya qoyub qazanc əldə etsin: “Mən və qohumlarım ilk olaraq xırda məbləğdə pullar verib qazancı ilə birgə geri aldıq. Sonuncu dəfə mən 5,32 milyon dollar verdim, bu işə qohumlarım də qoşulmuşdu. Mən və ətrafın birgə 9 milyon dollar pul vermişik. Amma son aylarda Fuad pulun şirkətdə olduğunu dedi və onlardan alıb bizə qaytaracağını bildirdi. Daha sonra isə pulu özünün batırdığı və ödəyəcəyini dedi.
Bir müddət keçsə də, bizə heç bir ödəniş olunmadı. Buna görə də hüquq-mühafizə orqanlarına şikayət etdik. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dələduzluq maddəsi ilə cinayət işi açıldı və 2018-ci martın 1-də Fuad Bayramov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi, aprelin 2-də isə ev dustaqlığına buraxıldı. Fuad Bayramov bu işi rəhbəri Ramin Bayramovla birgə gördüyünü, bir çox vəzifəli şəxslərin işini həyata keçirdiyini desə də və həmin şəxslərin adını çəksə də cinayət işinə ondna başqa heç kim cəlb olunmayıb. Fuad Bayramov azadlıqda gəzsə də, bizim pulumuzun qaytarılması üçün də heç bir addım atılmır. Bizdən başqa çoxlu zərərçəkənlər var, elə admalar var ki, 5-10 milyon pul veriblər. Amma onlar da zərərçəkən kimi tanınmır”.
F.Məmmədov istintaqın daha ləng aparılmasından narazılığını bildirib.
Fotoda: Fuad Bayramov
Digər xəbərlər