Saytımızı qiymətləndirin


 
 

Saleh Rüstəmli aclığı dayandırıb
Tarix: 16-12-2021 | Saat: 14:40
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Saleh Rüstəmli

 

Həbsdə olan Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli aclığı dayandırıb.

Bunu Qarabaginfo.az-a açıqlamasında onu müayinə edən həkim, professor Adil Qeybulla deyib. A. Qeybulla bildirib ki, hazırda onun yanından gəlir: "Mənim və qardaşının təkidi ilə Saleh Rüstəmli aclıq aksiyasını dayandırdı. Bundan sonra onun səhhətinin yaxşılaşması istiqamətində müalicələr aparılacaq".

Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S. Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər