Ana Sayfa > Karusel / Cəmiyyət > Saleh Rüstəmli aclığı dayandırıb
Saleh Rüstəmli aclığı dayandırıb16-12-2021, 14:40. Yazar: Admin |
Həbsdə olan Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli aclığı dayandırıb. Bunu Qarabaginfo.az-a açıqlamasında onu müayinə edən həkim, professor Adil Qeybulla deyib. A. Qeybulla bildirib ki, hazırda onun yanından gəlir: "Mənim və qardaşının təkidi ilə Saleh Rüstəmli aclıq aksiyasını dayandırdı. Bundan sonra onun səhhətinin yaxşılaşması istiqamətində müalicələr aparılacaq". Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. S. Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub. Geri dön |