Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya paketlərini açıqlayıb. 

Qarabaginfo.az xəbər verir ki, bunula da Yunanıstan, Avropa Birliyinin sanksiyaları çərçivəsində Rusiya tankerini ələ keçirdiyini açıqlayıb.

Qeyd edək ki, Ukraynadakı müharibəyə cavab olaraq Yunanıstan son həftələrdə 12 rus diplomatını persona non qrata elan edib.

Yunanıstan Xarici İşlər Nazirliyi qərarla bağlı Rusiya səfirinin məlumatlandırıldığını açıqlayıb. Nazirlik rəsmisi sözügedən rusiyalı diplomatların beynəlxalq qaydalara uyğun hərəkət etmədiyini bildirib.