Saytımızı qiymətləndirin


 
 

Britaniya XİN Ukraynaya görə Rusiyaya xəbərdarlıq edib
Tarix: 06-01-2022 | Saat: 17:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Elizabet Trass

 

Britaniya Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya görə Rusiyaya xəbərdarlıq edib.

Qarabaginfo.az xəbəır verir ki, Britaniya özünün Qərbdəki tərəfdaşları ilə Rusiyanın Ukraynanı işğal etməsi halında Rusiyanın maliyyə sektorunu hədəf alan yüksək təsirli sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Xarici işlər naziri Elizabet Trass parlamentdə Rusiyanın demokratik qonşularını alt-üst etmək üçün apardığı kampaniyanı qəbul etməyəcəklərini deyib: “Onlar aqressiv mövqelərinə haqq qazandırmaq üçün yalandan Ukraynanı təhdid kimi təqdim ediblər. Rusiya burada təcavüzkardır. NATO həmişə müdafiə ittifaqı olub”.

O qeyd edib ki, Rusiyanın Ukraynaya növbəti hərbi müdaxiləsi olarsa, Rusiyanın maraqlarına və iqtisadiyyatına ciddi ziyan vurmaq üçün razılaşdırılmış sanksiyalar tətbiq ediləcək. Nazir vurğulayıb ki, Britaniya öz tərəfdaşları ilə bu sanksiya tədbirləri üzərində işləyir.(Apa)



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər