Saytımızı qiymətləndirin


 
 

Sadhqurunun “Torpağı qoruyaq” missiyası Azərbaycanda davam edir
Tarix: 30-04-2022 | Saat: 17:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sadhqurunun “Torpağı qoruyaq” missiyası Azərbaycanda davam edir

Məşhur yoqin Sadhqurunun “Torpağı qoruyaq” (“Save Soil”) missiyası Azərbaycanda davam edir. Aprelin 30-da Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Sadhqurunun təmsil etdiyi “Conscious Planet” arasında əməkdaşlığa dair memorandum imzalanıb. İmzalanma mərasimində kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov da iştirak edib.

Qarabaginfo.az xəbər verir ki, memoranduma əsasən, “Regional İnkişaf” İctimai Birliyi “Conscious Planet” şirkətinin dəstəyi ilə torpağın münbitliyini təmin etmək istiqamətində əməkdaşlıq edəcək.

Qeyd edək ki, “Conscious Planet” şirkəti torpaqların münbit və məhsuldar vəziyyətə gətirilməsi üçün müxtəlif dövlətlərdə yaşayan ekspertlərin təklif və tövsiyələrinin toplanacağı elektron platforma yaradacaq və əməkdaşlıq edəcəyi qurumlar platformadan yararlana biləcək.

“Torpağı qoruyaq” (“Save Soil”) qlobal kampaniyaya dəstək, eyni zamanda, gənclərin diqqətini bu mövzuya yönəltmək məqsədilə Heydər Əliyev Mərkəzinin parkında RİİB könüllülərinin və Sadhqurunun iştirakı ilə fləşmob da təşkil olunub.

Sadhquru, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyasında iştirak edib. Ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak edib. Ağacəkmə aksiyasına RİİB könüllüləri də qoşulub.

Qeyd edək ki, Sadhquru planeti yox olmaq təhlükəsindən xilas etmək naminə ötən ay torpağın qorunması uğrunda qlobal kampaniyaya start verib. Bu məqsədlə başlayan 100 günlük səyahətində motosikletlə Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin 26 ölkəsini - ümumilikdə 30 min kilometr məsafəni qət edərək, yolboyu ətraf mühit müdafiəçiləri ilə görüşlər keçirir.

Yoqin artıq Birmingem, London, Amsterdam, Berlin, Praqa, Vyana, Lyublyana, Roma, Cenevrə, Paris, Brüssel, Budapeşt, İstanbul və Tbilisidə olub.











 



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər