Saytımızı qiymətləndirin


 
 

Türkiyə səhiyyə nazirinin müavini və MN-in Tibb xidməti rəisinin müavini FHN-in mobil səhra hospitalında olublar
Tarix: 14-02-2023 | Saat: 17:35
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyə səhiyyə nazirinin müavini və MN-in Tibb xidməti rəisinin müavini FHN-in mobil səhra hospitalında olublar - VİDEO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, bu gün Türkiyə Respublikası səhiyyə nazirinin müavini Tolqa Tolunay və Müdafiə Nazirliyi Tibb xidməti rəisinin müavini general-mayor Durmuş Aydemir FHN-in mobil səhra hospitalında olub, burada yaradılmış şəraitlə, həmçinin hospitalda müalicə olunan yaralı və xəstələrin vəziyyətləri ilə maraqlanıblar.

T.Tolunay və D.Aydemir hospitallarda yaradılmış şəraiti yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.



Xəbəri paylaş

1132 dəfə oxunub.

Digər xəbərlər