Saytımızı qiymətləndirin


 
 

Jurnalist Arkadi Mamontov Telman İsmayılovun Eynulla Fətullayevə verdiyi müsahibəyə görə İstintaq Komitəsinə şikayət etdi
Tarix: 04-01-2022 | Saat: 14:45
Bölmə:Karusel / Dünya | çapa göndər

İş adamı Telman İsmayılovun haqqin.az və virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayevə müsahibəsindən sonra tanınmış telejurnalist Arkadi Mamontov Rusiya İstintaq Komitəsinə müraciət edib. (Qeyd edək ki, “YouTube”un statistikasına əsasən, müsahibə dərc olunduğu gündən 10 gün ərzində bu müsahibəni 700 minə yaxın tamaşaçı izləyib).

Xatırladaq ki, Yeni il ərəfəsində haqqin.az və virtualaz.org saytlarının baş redaktoru ilə iş adamı Telman İsmayılov arasında müsahibə dərc olunmuşdu. Bu, iş adamının Monteneqroda həbs olunub azadlığa buraxıldıqdan sonra ilk müsahibəsi idi. Eynulla Fətullayevlə səmimi söhbətində Telman İsmayılov həbsinin təfərrüatlarından,  Monteneqrodan siyasi sığınacaq almasının motivlərindən, milyardlarla ölçülən sərvətinin itirilməsindən və s. danışıb.

Rusiyanın dövlət telekanalı “Rossiya-1” bu müsahibə ilə bağlı xüsusi reportaj hazırlayıb. Süjetdə həmçinin Telman İsmayılovun jurnalist Arkadi Mamontovun fəaliyyətinə qiymət verməsi təhdid kimi interpretasiya olunur.

“Mamontovun jurnalist olmasına gəlincə, açığı mən ona jurnalist deməzdim. O, öz səhhətinə daha çox fikir versə yaxşı olar, çünki bir az xəstədir və lazım olmayan yerə gedir, olmayanı yazır”, - deyə, telekanal Telman İsmayılovdan sitat gətirir.

Arkadi Mamontovun özü artıq bu sözləri birbaşa təhdid kimi qiymətləndirib və rəsmi açıqlama verib:

“Çox təəssüf edirəm ki, cənab İsmayılov birmənalı, açıq şəkildə mənim, Çerkizovski bazarında baş verən sui-istifadələrdən danışan jurnalistin həyatına sui-qəsdin hazırlanmasına eyham vurub. Mən Rusiya Federasiyasının İstintaq Komitəsinə müraciət edirəm. Sizdən xahiş edirəm, mənim “Növbətçi hissə”yə müsahibəmi İsmayılovun mənə qarşı gözlənilən sui-qəsd cəhdi ilə bağlı rəsmi bəyanat kimi qiymətləndirəsiniz. Bu hesabatlarda göstərilən faktlara gəlincə, onların hamısı həqiqətdir. İsmayılovun bu bazarda olmadığını iddia etdiyi zirzəmilər əslində 50-ci illərdən mövcuddur. Mən bu zirzəmilərdə olmuşam və bu istehlak malları dəhşətli vəziyyətdə görmüşəm", - jurnalist deyib.(virtualaz.org)



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər