Saytımızı qiymətləndirin


 
 

O bir də Qarabağı görməyəcək: “Gəlsə, Azərbaycan əsgəri də Ermənistana girəcək
Tarix: 07-09-2021 | Saat: 13:54
Bölmə:Karusel / Qarabağ | çapa göndər

O bir də Qarabağı görməyəcək: “Gəlsə, Azərbaycan əsgəri də Ermənistana girəcək”

44 günlük Vətən müharibəsindən əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsinə səfərləri intensiv xarakter almışdı.

Paşinyanın Xankəndinə və Şuşaya hər səfəri Azərbaycan cəmiyyətində böyük ajiotaj yaradırdı. Ermənistanın hökumət başçısının dövlət adamına yaraşmayan davranışları ikrahla qarşılandı, uzun müddət sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Maraqlıdır, Paşinyan indi niyə Qarabağa gəlmir?

Milli Məclisin deputatı Aqil Abbas Yenisabah.az-a açıqlamasında Paşinyanın bir də Qarabağı görməyəcəyini deyib:

“Azərbaycan torpağına onun gəlməyə ixtiyarı yoxdur. O ölkənin Baş naziridir. Hansı ölkənin başçısı icazəsiz başqasının torpağına gələ bilər?

Ağlı başında olan adam gəlməz. Bundan qabaq bütün beynəlxalq aləm onun tərəfində idi. Amma indi deyil. O bu səbəbdən səfər edə bilməz. Artıq bitdi, qurtardı. Bu məsələyə nida işarəsi qoyuldu. O bir də Qarabağı görməyəcək”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, Paşinyanın səfəri olsa, Azərbaycan qoşunları Ermənistana girəcək:

“Ermənistan məğlub tərəfdir. Bu səbəbdən də Azərbaycanın şərtlərinə əməl etməyə məcburdur. Bu həm Azərbaycanın təzyiqi, həm də Ermənistanın özünün daxili əminliyi ilə bağlıdır ki, getmək təhlükəlidir. 

Məğlubiyyətə uğradıqlarına görə, artıq özlərini qalib hesab etdikləri dövrdəki kimi davrana bilmirlər. Davrana da bilməzlər. Onun səfəri olsa, o deməkdir ki, Azərbaycan qoşunları Ermənistana da girəcək”.



Xəbəri paylaş

1366 dəfə oxunub.

Digər xəbərlər