Saytımızı qiymətləndirin


 
 

Ukraynanın müdafiə naziri hərbi vəziyyətlə bağlı açıqlama verib
Tarix: 15-02-2022 | Saat: 08:08
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynanın müdafiə naziri hərbi vəziyyətlə bağlı açıqlama verib

Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, bu gün ölkədə hərbi vəziyyətin tətbiqi üçün heç bir əsas yoxdur.

Qarabaginfo.az xəbər veri ki, bu barəd nazir ICTV telekanalının efirində açıqlama verib.

“Əminəm ki, bu gün xüsusi rejimi təqdim etmək üçün əsas yoxdur”, - deyə o, Ukraynanın ICTV telekanalının efirində hərbi vəziyyətin gözlənilməli olub-olmaması sualını cavablandırarkən deyib.

Ukrayna müdafiə naziri bildirib ki, yalnız media sahəsindəki vəziyyəti tənzimləmək və normallaşdırmaq lazımdır.

“Mən tam əminəm ki, biz bu böhrandan sağ çıxacağıq. Əvvəla, bu, həqiqətən də informasiya xarakteri daşıyır. Amma birbaşa təcavüz olarsa hərbi vəziyyət tətbiq ediləcək. Ümid edirəm ki, belə bir şey baş verməyəcək və hər şey yaxşı olacaq”, - deyə Reznikov əlavə edib.



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər