Tarix: 15-07-2021 | Saat: 16:55
Bölmə:Karusel / Hadisə | çapa göndər
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Nəsimi rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.
FHN-dən Qarabaqinfo.az-a verilən məlumata görə, seminar-müşavirədə FHN DYNX-nin şöbə rəisi daxili xidmət polkovnik-leytenantı Nazim Hacıyev, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovnik-leytenantı İlqar Əsgərov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavinləri Zahid Xəlilov və Ramiz Quliyev, Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Su Kanal İdarəsinin, Enerji Təchizatı və Satışı İdarəsinin və Qaz İstismarı Sahəsinin və rayonun digər aidiyyəti təşkilatlarının məsul vəzifəli əməkdaşları iştirak ediblər.
Digər xəbərlər