Saytımızı qiymətləndirin


 
 

Rəisi-Putin görüşündə nələr müzakirə olunacaq? - Səfirdən AÇIQLAMA
Tarix: 04-01-2022 | Saat: 11:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

İran prezidenti İbrahim Rəisinin Moskvaya səfəri Vladimir Putinin dəvəti ilə baş tutacaq və əsas diqqət iqtisadi, siyasi və mədəni əməkdaşlıq olacaq.
 

Qarabaginfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
 

İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib ki, prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri Tehran-Moskva münasibətlərində dönüş nöqtəsi olacaq.

Cəlali İRNA-ya müsahibəsində deyib: “Beynəlxalq aləmdə baş verən prosesləri və xüsusən də regionumuzda mövcud olan məsələləri nəzərə alaraq, prezidentin Moskvaya səfəri ikiqat əhəmiyyətlidir”.

İran səfiri prezident Rəsinin Rusiya səfərini nəzərdə tutaraq deyib ki, iki prezident beynəlxalq və regional məsələlər və ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində müzakirə və fikir mübadiləsi aparacaqlar.

Qonşularla əlaqələrin genişləndirilməsinin yeni hökumət siyasətinin əsas prinsiplərindən biri olduğunu bildirən Cəlali, “Rusiya bizim böyük və qüdrətli şimal qonşumuz kimi əlaqələri genişləndirmək üçün çoxlu potensiala malik olan ölkələrdən biridir” deyib.



Xəbəri paylaş

305 dəfə oxunub.

Digər xəbərlər