Saytımızı qiymətləndirin


 
 

"Niyə ABŞ Avropanı müdafidə etmək üçün Avropadan daha çox pul ödəyir?" - Tramp
Tarix: 13-08-2024 | Saat: 11:26
Bölmə:Karusel / İqtisadiyyat / Dünya | çapa göndər

 

Donald Tramp "X"  telekanalına müsahibəsində texnoloji milyarder İlon Maskla danışarkən ABŞ prezidenti Co Baydenin Rusiya - Ukrayna müharibəsində günahkar olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə xarici mediaya istinadla xəbər verir.  

Məlumata görə, Tramp Putinlə “güclü” münasibətinin münaqişənin qarşısını ala biləcəyini, təkrar prezident seçiləcəyi təqdirdə müharibəni bir gün ərzində bitirə biləcəyini iddia edib. Respublikaçı namizəd Ukraynaya yardım haqqında da danışıb və bildirib ki, Avropa İttifaqı öz xərclərini ABŞ-yə uyğunlaşdırmalıdır:

“Mən deyirəm ki, niyə hesabı bərabərləşdirmirlər? Niyə bizim ödədiyimizi ödəmirlər?!” Niyə Birləşmiş Ştatlar Avropanı müdafiə etmək üçün Avropadan çox qeyri-mütənasib şəkildə daha çox pul ödəyir? Bunun mənası yoxdur. Bu ədalətsizlikdir və bu, həll edilməli olan məsələdir".

Həmçinin o, Aİ-nin ticarət qaydalarını tənqid edərək, "onlar ticarətdə ABŞ-dən mənfi mənada istifadə edirlər. Onlar Çin qədər sərt deyillər, lakin pisdirlər", - deyə bildirib.

 



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır