Tarix: 07-10-2021 | Saat: 20:39
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ-ın nüfuzlu “Foreign Affairs” jurnalının sonuncu sayında İranın daxili və xarici siyasətində yaxın və uzaq perspektivdə baş verə biləcək dəyişikliklərdən bəhs edən
adlı məqalə dərc olunub.
Qarabaginfo.az xəbər verir ki, məqalədə son günlər ərzində Azərbaycan-İran münasibətlərinin pərdəarxasında müşayiət olunan dinamika barədə fikirlərə də geniş yer verilib.
Yazıda İranın daxili siyasətindəki parçalanmaları göstərmək üçün 2015-ci ilin aprelində mətbuata sızdırılmış məxfi audiofayl barədə də məlumat verilib. Bildirilib ki, audiofaylda xarici işlər naziri Cavad Zərifin İranın xarici siyasətinin davamlı olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun xidmətində olduğunu deməsi eşidilir.
Müəllifin fikirlərinə əsasən, İbrahim Rəisinin hakimiyyətə gəldiyi sosial-iqtisadi şərait də İranın öz daxili və xarici siyasətində müəyyən dəyişiklikləri şərtləndirir. Qlobal pandemiya və ABŞ sanksiyalarının orta təbəqənin demokratiya arzularının tədricən kollektiv izolyasiya və "qurban verilmə" hissləri ilə əvəzlənməsinə səbəb olduğundan söz açılıb.
Məqalədə mövcud siyasi xəttin İranın dünya, o cümlədən ABŞ-la olan münasibətlərini dəyişə biləcəyi vurğulanıb. Bildirilib ki, ABŞ və İran arasında böyük razılaşma üçün imkan pəncərəsi güman ki artıq qapanıb. İran və ABŞ toqquşmaya aparan yolda irəliləyirlər.
Eyni zamanda İbrahim Rəisinin prezident seçilməsi ilə İranın daxili siyasi çəkişmələrinin sona çata biləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Rəisi İranın teokratik sisteminin sadiq funksioneridir, onilliklər ərzində prokuror və hakim vəzifələrində çalışarkən minlərlə siyasi məhbusun, solçu silahlı birləşmələrin cəzalandırılmasında aktiv rol oynayıb. Bu isə İranın ənənəvi, mühafizəkar dairələrinin uzun illər tutduğu siyasi xətdən olduqca uzaq yanaşmadır.
Məqalə müəllifi Rəisinin ali dini rəhbər Xameneyinin son illər həyata keçirdiyi böyük siyasi layihənin sadəcə kiçik bir parçası olduğunu xatırladıb. Bununla yanaşı, hökumətin yoxsullaşmış əhalinin ehtiyaclarını qarşılamalı və Rəisinin öz seçki kampaniyasında irəli sürdüyü iqtisadi vədləri yerinə yetirməsinin zəruriliyi vurğulanıb.
Digər xəbərlər