Saytımızı qiymətləndirin


 
 

“Sülh konfransını yalnız Rusiya dəvət olunarsa, dəstəkləyəcəyik”- Çin lideri
Tarix: 16-04-2024 | Saat: 17:21
Bölmə:Karusel / Dünya | çapa göndər

“Çin Ukraynadakı münaqişənin həlli üzrə sülh konfransını yalnız Rusiya dəvət olunarsa, dəstəkləyəcək”.

Qarabaginfo.az xəbər verir ki, bunu Çin lideri Si Cinpin Almaniya kansleri Olaf Şoltsla görüşündə bildirib.

“Çin bütün tərəflərin bərabər iştirakı etdiyi, həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan beynəlxalq sülh konfransının çağırılmasını dəstəkləyir”, – Si Cinpin deyib.

“Biz sülhün bərpası üçün şərait yaratmalı və gərginliyin daha da artmasından çəkinməliyik” deyən Si Cinpin Ukraynadakı müharibənin dünya iqtisadiyyatına mənfi təsirini azaltmağa çağırıb.

Danışıqlar zamanı liderlər BMT-nin prinsiplərini dəstəkləmək, nüvə silahından istifadəyə və ya dinc hədəflərə və ya nüvə obyektlərinə hücumlara qarşı çıxmaq zərurəti ilə bağlı razılığa gəliblər.

İsveçrənin xarici işlər naziri İqnazio Kassis bildirmişdi ki, Ukrayna böhranının sülh yolu ilə nizamlanması üzrə danışıqlar Rusiyasız baş tuta bilməz, lakin buna baxmayaraq, iyunun 15-16-na planlaşdırılan konfransda Rusiya nümayəndələri olmayacaq.



Xəbəri paylaş

130 dəfə oxunub.

Digər xəbərlər