Tarix: 13-07-2023 | Saat: 17:26
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
2023-cü ilin İş Planı üzrə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri əsasında qəbul edilmiş kollegiya qərarlarına əsasən pul, əvəzləşmə və natura ifadəsində, eləcə də vergi öhdəliklərinin dövlət büdcəsinə hesablanması şəklində cəmi 22,9 mln. manat vəsaitin bərpası istiqamətində təkliflər verilib.
Qarabaginfo.az xəbər verir ki, bu, Hesablama Palatasının 2023-cü ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatında əksini tapıb.
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin İş Planı üzrə keçirilmiş nəzarət tədbirləri də nəzərə alınmaqla baxılan dövrdə həm əvvəlki ilin, həm də 2023-cü ilin İş Planına əsasən keçirilmiş 7 auditin nəticələri ilə bağlı materiallar hüquq- mühafizə və prokurorluq orqanlarına göndərilib. Hesabat ilinin İş Planı üzrə keçirilmiş auditlərin nəticələrinə əsasən, hüquq-mühafizə və prokurorluq orqanlarına təqdim edilmiş materiallar üzrə ehtimal olunan hüquq pozuntularının məbləği təxminən 23,2 mln. manata bərabər olub.
Cari ilin İş Planına əsasən başa çatdırılmış nəzarət tədbirləri ilə aşkarlanmış 23,4 mln. manat məbləğində maliyyə pozuntuları üzrə bərpa haqqında qərar qəbul edilməyib. Qeyd edək ki, bu məbləğin əsas hissəsini əhaliyə sosial xarakterli ödənişlər təşkil edir.
Yuxarıda göstərilənlərlə yanaşı, auditlər zamanı rast gəlinən pozuntular arasında vəsaitlərin təyinatdankənar istifadəsi, satınalma tətbiq olunmadan vəsaitin icrası, vəsaitlərin səmərəsiz xərclənməsi kimi hallara da rast gəlinmişdir ki, belə hallar üzrə maliyyə pozuntularının məbləği 1,5 mln. manat təşkil edib.
Digər xəbərlər