Saytımızı qiymətləndirin


 
 

Borrell: “Avropa Silahlı Qüvvələrini istəyiriksə, indi hərəkətə keçməliyik”
Tarix: 18-05-2022 | Saat: 17:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Borrell: “Avropa Silahlı Qüvvələrini istəyiriksə, indi hərəkətə keçməliyik”

Rusiyanın Ukraynaya təcavüzü Avropada təhlükəsizlik mənzərəsini dəyişib.

Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir çox üzv ölkələr müdafiə xərclərini artırır, lakin parçalanmanın qarşısını almaq və mövcud çatışmazlıqları aradan qaldırmaq üçün üzv dövlətlərin birlikdə bu istiqamətdə işləməsi çox vacibdir.

”Aİ-nin “Strateji Kompas”ı da bunu tələb edir. Avropa Müdafiə Agentliyi boşluqların müəyyən edilməsində, əməkdaşlığın və müdafiə innovasiyalarının təşviqində üzv dövlətlərə dəstəkdə əsas rol oynamağa davam edəcək. Müasir və qarşılıqlı fəaliyyət göstərən Avropa Silahlı Qüvvələrini istəyiriksə, indi hərəkətə keçməliyik”, - Borrell vurğulayıb.

O bildirib ki orta müddət üçün isə əsas strategiya ondan ibarətdir ki, Aİ ölkələri mövcud imkanlarını genişləndirsin, həm keyfiyyət, həm də kəmiyyət baxımından üzv ölkələr arasında fərqi aradan qaldırsın: “Bizim hava hücumundan müasir müdafiə sistemlərinə, dronlara, havadan yanacaqdoldurmanı təmin edən imkanlara, tanklara və zirehli maşınlara, sahil müdafiəsinə və kiber imkanları gücləndirməyə ehtiyacımız var.
Avropa Müdafiə Agentliyi illərdir ki, bu sahədə işləyir, üzv ölkələrin imkanları arasında fərqi təqdim edir, amma bizə qulaq asmırlar. Ümid edirəm Avropa Komissiya ilə birgə Aİ Müdafiə Agentliyi bu məsələdə səylərini birləşdirərək işləyəcək və üzv ölkələr bizə daha çox diqqət verəcək”.

Üzv ölkələrin individual şəkildə Ukraynaya hərbi dəstəyinə toxunan Cozep Borrel qeyd edib ki, verilən bu hərbi təchizatın yeri doldurulmalıdır: “Biz ehtiyatlarımızı, hərbi materiallarımızı bərpa etməliyik, doldurmalıyıq. Çünki Ukraynaya sursat, nəqliyyat, güc mühafizəsi sahəsində çoxlu dəstək veririk və verdiklərimizin yerini doldurmalıyıq. Bunu qısa müddətdə asanlıqla etmək olar, amma bunu birlikdə etmək daha səmərəli olar”.



Xəbəri paylaş

212 dəfə oxunub.

Digər xəbərlər
21-01-2021, 11:54 Faktiki hava açıqlandı
29-12-2021, 20:48 Lirənin son durumu