Saytımızı qiymətləndirin


 
 

Son 3 ildə 50 yaşdan yuxarı 103 nəfər ali məktəblərə sənəd verib
Tarix: 30-12-2021 | Saat: 17:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Son 3 ildə 50 yaşdan yuxarı 103 nəfər ali məktəblərə sənəd verib

Dövlət İmtahan Mərkəzi son 3 ildə Azərbaycanda ali məktəblərə sənəd verən və qəbul olan 50 yaşdan yuxarı şəxslərlə bağlı statistikanı açıqlayıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Qarabaginfo.az-ın sorğusuna cavab olaraq bildirilib. Ümumilikdə 2019-2021-ci illər ərzində 50-60 yaş arasında olan 103 nəfər ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verib.

2019-cu ildə bu yaş qrupu üzrə 26 nəfər sənəd verib ki, onlardan 6-sı subbakalavrdır. Sənəd verənlərdən 3-ü I qrup, 2-si II qrup, 4-ü III qrup, 1-i V qrup, 3-ü isə V qrup üzrə olub. Sənəd verən 26 nəfərdən ikisi ali məktəbə qəbul olunub. Onların biri Bakı Dövlət Universitetinin “Fizika müəllimliyi”, biri isə Bakı Avrasiya Universitetinin “İnformasiya texnologiyaları” fakültəsinin tələbəsi adını qazanıb. Sənəd verənlərdən ikisi isə orta ixtisas məktəbinə qəbul olub.

2020-ci ildə 50-60 yaş arasında olan 40 nəfər ali məktəblərə sənəd verib. Onlardan ikisi subbakalavr olub, 8-i I, 3-ü II, 3-ü III, 2-si IV, 12-si isə V qrup üzrə sənəd verib. Onlardan ali məktəbə qəbul olanı yoxdur, 2 nəfər isə orta ixtisas məktəbinə qəbul olub. Ötən il 1 nəfər 60-70 yaş arası şəxs də ali məktəbə qəbul olmaq üçün sənəd versə də, müvəffəqiyyət qazanmayıb.

Bu il 50-60 yaş arası 37 nəfər ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verib. Onlardan biri subbakalavr olub, 3-ü I, 5-i II, 6-sı III, 8-i isə V qrup üzrə sənəd verib. Sənəd verənlərdən biri Azərbaycan Dövlət Pedaqoji Universiteti “Fiziki tərbiyə və hazırlığaqədərki çağırış müəllimliyi” fakültəsinə qəbul olub.

Qeyd edək ki, bu il ali məktəblərə qəbul olmaq üçün sənəd verənlərdən biri də 60-70 yaş arası olub, ancaq o, qəbul ola bilməyib.



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər