Okan Buruk "Qalatasaray"dan ayrılacaq iki oyunçunu açıqlayıb
Tarix: 26-05-2025 | Saat: 16:09
Bölmə:Karusel / İdman | çapa göndər
229 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 26-05-2025 | Saat: 16:09
Bölmə:Karusel / İdman | çapa göndər
"Çox dəyərli oyunçular bizdən ayrılacaq".
Qarabaginfo.az xəbər verir ki, bunu "Qalatasaray"ın baş məşqçisi Okan Buruk deyib.
Təcrübəli mütəxəssis yaxın günlərdə 2 futbolçu ilə yollarını ayıracaqlarını bildirib: "Muslera və Mertens kimi bu çempionatlarda böyük payı olan iki futbolçu bizdən ayrılacaq. Bu, bizi çox duyğulandırır. Hər sevinc və hər matçda bunu hiss edirik. Onların əvəzinə ciddi transferlər etməliyik. Mertens və Muslera nümunəvi futbolçulardır. Onları əvəz etmək asan deyil. Futbolun acınacaqlı tərəfi də budur. Ayrılıqlar ola bilər. Bunu heç kim yaşamaq istəmir, amma bu, futbolun həqiqətlərindən biridir".
Qeyd edək ki, Dris Mertens "cimbom"a 2022-ci ildə, Fernando Muslera isə 2011-ci ildə qoşulub.
Xəbəri paylaş
Digər xəbərlər
27-03-2024, 10:00
Qazaxıstan Prezidenti Çinə səfər edəcək
17-05-2021, 16:59
Bayden Trampın qoyduğu qadağanı ləğv etdi
28-03-2024, 17:22
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - 10 il həbs
26-12-2025, 10:04
Moskvada 250-yə yaxın təyyarənin uçuşu hava şəraiti səbəbindən gecikib
12-08-2024, 10:31
Rusiya HDQ hərbi təlimlərə başlayır
13-01-2022, 13:52
Paşinyan sərhəddəki itkilərdən danışdı
26-01-2021, 10:12
Ağrıkəsicilərin ölümcül təhlükəsi
21-05-2025, 17:42
Bu gündən vətəndaşlar öz maşınları ilə Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərəyə gedə bilər


















