Tarix: 20-12-2021 | Saat: 19:20
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Kərkükdə türkmənlərin hüquq və mənafelərini qorumaq bizim üçün çox vacibdir”.
Qarabaginfo.az-ın yerli bürosunun “Anadolu”ya istinadən məlumatına görə, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və nazir müavinləri, birlik komandirlərinin iştirakı ilə keçirdiyi videokonfransda bu barədə bildirib.
TSK-nın ən son terrorçunu məhv edənə qədər mübarizəsini davam etdirəcəyini bildirən H. Akar İraqdakı terror sığınacaqlarının məhv olunacağını qeyd edib.
Bu mübarizədə Ərbil və Bağdadla koordinasiyalı əlaqələr qurulduğunu vurğulayan nazir İraq türkmənlərinin də hüquq və mənafelərini qorumağın vacibliyini vurğulayıb.
“Kərkükdə baş verən hadisələri yaxından izləyirik”, - H. Akar qeyd edib.
Digər xəbərlər