Saytımızı qiymətləndirin


 
 

"İran Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsini dəstəkləyib"
Tarix: 22-12-2021 | Saat: 23:07
Bölmə:Karusel / Region | çapa göndər

Xarici İşlər Nazirliyində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransı keçirilib. Xarici işlər naziri Ceyhun Bayramovun tədbirdəki çıxışından sitatlar təqdim edirik:

- Azərbaycanla İran arasında olan münasibətlərin əsasını dərin tarixi köklər, mədəni və dini bağlılıqlar təşkil edir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra iki ölkə arasında əlaqələri formalaşdıran çoxlu sayda sənəd imzalanıb;

- İran və Azərbaycan arasında əlaqələr sərhədlərin toxunulmazlığı və ərazi bütölüyü prinsipi əsasında qurulub. Həm Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə, həm də 44 günlük Vətən müharibəsi dövründə İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İran Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsini dəstəkləyib və Azərbaycan bunu yüksək qiymətləndirir; 

- Zəngəzur dəhlizi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region ölkələri üçün geniş imkanlar yaradır. İran da bu layihələrdən böyük töhfə alan ölkələrdən olacaq;

- İran 3+3 platformasını dəstəkləyən ilk ölkələrdən olub. Bu, regionun inkişafına müsbət töhfə verən önəmli bir platformadır;

- Bu gün Azərbaycanın qarşısında duran ən prioritet məsələlərdən biri işğaldan azad edilən ərazilərin bərpası və insanların layiqli şəkildə öz doğma torpaqlarına qayıtmasıdır. Azad edilən ərazilərdə irimiqyaslı layihələr həyata keçirilir və yeni layihələrin icrası planlaşdırılır. İran da bu işlərdə iştirak etmək üçün marağını ifadə edib və çoxsaylı İran şirkətlərindən müraciətlər daxil olub. Müvafiq hökumət qurumları bu layihlərə baxır və məndə olan məlumata görə, layihələrdən birinin yaxın həftələr ərzində icrasına başlanılacaq. Ümid edirəm ki, yaxın zamanlarda digər layihələrlə bağlı da müsbət nəticələr əldə olunacaq.(virtualaz.org)



Xəbəri paylaş

1241 dəfə oxunub.

Digər xəbərlər