Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev: "Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çox çətin olacaq" 
Tarix: 16-06-2022 | Saat: 12:19
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev: "Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çox çətin olacaq" - YENİLƏNİB

Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çox çətin olacaq, Azərbaycanın Ermənistanla normal qonşuluğa yönəlmiş səyləri boşa çıxacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

“30 illik işğal Ermənistan əhalisini daha xoşbəxt etmədi, əksinə onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçılar və təcavüzkarlar kimi tanındılar. Müharibə başa çatdıqdan sonra indi hamı onların işğal dövründən nə kimi dağıntılar qoyduqlarını görə bilir. Ona görə də Zəngəzur dəhlizinin açılması ilə bağlı ən tez qərar regionda gələcək sülhün fundamental elementlərindən biridir. Əgər bizə bu gediş-gəliş verilməsə, sülhdən danışmaq çox çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgəyaşayış, normal qonşuluğa yönəlmiş bütün səyləri boşa çıxacaq. Bu bir daha vacib məsələdir və Azərbaycanın bunu tələb etmək hüququ var. Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkən ölkə kimi bizim tələb etməyə mənəvi haqqımız var”, - Prezident İlham Əliyev vurğulayıb.



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər