Saytımızı qiymətləndirin


 
 

Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi
Tarix: 17-01-2022 | Saat: 16:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanla bağlı iddanı araşdırmağa davam edir Qarabaqinfo.az xəbər verir ki, məhkəmə Serjik Sarkisyanın parlamentin “Mülki müqavilə” fraksiyasının deputatı Xaçatur Sukiasyana qarşı iddia əsasında keçirilir. Həmin iddiaya görə, deputat eks-prezident Serj Sarkisyanın kazinoda 100 milyon dollardan çox pul uduzması barədə açıqlamasını sübut etməlidir.

Məhkəmənin bugünkü prosesində Xaçatur Sukiasyandan iddiasının doğruluğunu sübut etmək tələb olunub.

Avqustun 25-də parlamentdə çıxış edən “Mülki müqavilə” fraksiyasının üzvü Xaçatur Sukiasyan keçmiş hökumət dövründəki korrupsiyadan danışıb. Parlamentarinin sözlərinə görə, eks-prezident Serj Sarkisyanın Baden-Badenin qumar evlərində 100 milyon dolları sovurub.

Yanvarın 17-də keçirilən iclasda iş üzrə sübut bazasına baxılıb. Tərəflər öz mövqelərini təqdim ediblər.

Məhkəmə iddiaçıya (üçüncü prezidentə) təqdim olunan faktların onun şərəf və ləyaqətini ləkələdiyini sübut etməyi tapşırıb. Bundan əlavə, sübut edilməlidir ki, iddiaçı haqqında məlumat açıq formada təqdim edilib və məcazi mənada istifadə olunmayıb.

Təqsirləndirilən tərəf (Sukiasyan) öz növbəsində şəxsi məlumatların açıqlanması məsələsində təqdim olunan məlumatların reallığa uyğunluğunu və ictimai maraqların şəxsi maraqlardan üstünlüyünü sübut etməlidir.

İclas martın 18-də davam etdiriləcək.

Xatırladaq ki, Sarkisyan Sukiasyan və parlament aparatına qarşı iddia qaldıraraq, təkzib və mənəvi təzminat tələb etmişdi. İki ay əvvəl, növbədənkənar parlament seçkiləri öncəsi Sarkisyan Baden-Badenə getdiyini inkar etmirdi, lakin onun sözlərinə görə, bu səfər sırf istirahət və mədəni məqsədlər üçün olub və “kazinoların olduğu küçələrdən yan keçib”.

Deputat Sukiasyan məhkəməni uduzarsa, 7 iş günü ərzində və ya parlamentin növbəti iclasında Serj Sarkisyanla bağlı dediklərini təkzib etməli olacaq. Bundan əlavə, təkizb ən azı 1000 nüsxə tirajla kütləvi informasiya vasitələrində dərc edilməlidir. Bundan əlavə, parlamentin əməkdaşları tərəfindən rəsmi internet saytında dərc edilməlidir. Biznesmen və deputat böhtana görə təzminat kimi 1 milyon dram (təxminən 2000 dollar) da ödəməli olacaq.



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər