Saytımızı qiymətləndirin


 
 

Nazir müavini lisey və gimnaziyalarda çalışan müəllimlərin maaşının nə qədər artdığını açıqlayıb
Tarix: 17-12-2021 | Saat: 18:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

İdris İsayev: "Siniflərdə şagird sıxlığı var"“Bir sıra müəllimlərin maaşları daha da əhəmiyyətli dərəcədə artacaq. Bu ona görədir ki, bu şəxslərin vəzifə maaşlarının üzərinə əlavələr gəlinir”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev bildirib.

“Xüsusilə də lisey və gimnaziyalarda çalışan müəllimlər var. Onların sayı təxminən 5,2 min nəfərdir. Onların maaşlarına 15 faiz əlavə edilir. Əgər 15 faiz əlavəni də nəzərə alsaq, onların vəzifə maaşları əhəmiyyətli dərəcədə artacaq. Eyni zamanda xüsusi təhsil müəssisələrində çalışan müəllimlərin təxminən sayı 1400 nəfərdir. Onların vəzifə maaşlarına 50 faiz əlavə mövcuddur. Toplam olaraq ali təhsilli bu şəxsləri götürsək, lisey və gimnaziyalarda çalışan müəllimlərin orta maaşı təxminən 950-1000 manat, xüsusi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq maaşı 1200-1250 manat arasında olacaq”, - o deyib.



Xəbəri paylaş

1267 dəfə oxunub.

Digər xəbərlər