Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Nazir müavini lisey və gimnaziyalarda çalışan müəllimlərin maaşının nə qədər artdığını açıqlayıb
Nazir müavini lisey və gimnaziyalarda çalışan müəllimlərin maaşının nə qədər artdığını açıqlayıb17-12-2021, 18:36. Yazar: Admin |
Qarabaginfo.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev bildirib. “Xüsusilə də lisey və gimnaziyalarda çalışan müəllimlər var. Onların sayı təxminən 5,2 min nəfərdir. Onların maaşlarına 15 faiz əlavə edilir. Əgər 15 faiz əlavəni də nəzərə alsaq, onların vəzifə maaşları əhəmiyyətli dərəcədə artacaq. Eyni zamanda xüsusi təhsil müəssisələrində çalışan müəllimlərin təxminən sayı 1400 nəfərdir. Onların vəzifə maaşlarına 50 faiz əlavə mövcuddur. Toplam olaraq ali təhsilli bu şəxsləri götürsək, lisey və gimnaziyalarda çalışan müəllimlərin orta maaşı təxminən 950-1000 manat, xüsusi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq maaşı 1200-1250 manat arasında olacaq”, - o deyib. Geri dön |