Saytımızı qiymətləndirin


 
 

Kiyev vilayətində 760-dan çox dinc sakinin öldürülməsi qeydə alınıb
Tarix: 13-04-2022 | Saat: 21:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən 760-dan çox insanın qətlə yetirilməsi faktı qeydə alınıb".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebıtov BFM TV telekanalının efirində deyib.

"Buçada dinc əhalinin kütləvi şəkildə öldürülməsi Ukrayna xalqının soyqırımıdır. Ümumilikdə, Kiyev vilayətində Rusiyanın təcavüzü nəticəsində ölənlərin sayı artıq 760 nəfərdən çox olub", - Nebıtov bildirib.

UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, aprelin 12-də Buça şəhərinin meri Anatoli Fedoruk 403 yerli sakinin Rusiya hərbçiləri tərəfindən öldürüldüyünü açıqlamışdı. O əlavə edib ki, hələ də itkin düşmüş hesab edilən 16 nəfər var.

Qeyd edək ki, aprelin 2-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kiyev vilayətinin azad edilməsi barədə məlumat yayıb.



Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər