Saytımızı qiymətləndirin


 
 

Dövlət Komitəsi Azərbaycandakı ailələrin sayını açıqlayıb
Tarix: 06-02-2018 | Saat: 18:37
Bölmə:Karusel / Sosial | çapa göndər

 

dovlet komitesi azerbaycandaki ailelerin sayini aciqlayib

“Azərbaycanda ailələrin sayı 2006-cı ildə 1 817 500 idisə, 2017-ci ilin əvvəlinə bu rəqəm 2 084 500 olub”.

 

"Qarabaginfo"un "Apa.az"a istinadən xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində Ailə Qadın və Uşqa Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, Azərbaycanda ailə institutu qorunub saxlanılır.

 

H. Hüseynova qeyd edib ki, dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinq aparılır: “Bütün məlumatlar Komitədə ümumiləşdirilib, tövsiyələr hazırlanıb və Nazirlər kabinetinə çatdırılıb. Həmin tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılır, mütəxəssislər üçün yeni təlimlər keçirilir”.

 

Dövlət Komitəsinin sədri uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradıldığını da söyləyib.



Xəbəri paylaş

672 dəfə oxunub.

Digər xəbərlər