Saytımızı qiymətləndirin


 
 

Dövlət Komitəsi jurnalistika fakültəsinin tələbələri üçün təlimlərə başlayır
Tarix: 24-07-2022 | Saat: 16:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

New Pact for Skills partnership to bolster skills in the proximity and social economy sector - EU Reporter

Sabahdan “2021-2023-cü illər üzrə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın Tədbirlər Planının 4.3-cü bəndinin icrası məqsəd ilə Dövlət Komitəsi tərəfindən jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün İsmayıllı rayonunda Yay Təlim Proqramı başlayır.

Dövlət Komitəsindən bildirilib ki, Yay Təlim Proqramı 25-29 iyul 2022-ci il tarixlərini əhatə edəcək.

Təlimlərdə Bakı Dövlət Universiteti, Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin jurnalistika ixtisası üzrə təhsil alan IV kurs bakalavr və magistr tələbələri iştirak edəcək.

Təlimin keçirilməsində məqsəd jurnalistika fakültəsi tələbələrinin kütləvi informasiya vasitələrində ailə dəyərlərinin təbliği, qadın və uşaq məsələlərini əhatə edən mövzuların işıqlandırılması, mediada gender stereotipləri, məişət zorakılığı ilə mübarizə və digər mövzular üzrə maarifləndirilməsi, bilik, bacarıqlarının inkişaf etdirilməsi və şəxsi inkişafına dəstək verməkdir. Ümumilikdə sadalanan məsələlər üzrə gənc jurnalist kadrların hazırlanması və ixtisaslaşmasının təmin edilməsidir.

Beş günlük təlim müddətində ekspertlər tərəfindən mediada gender stereotipləri, mediada cinsiyyətçilik və nifrət nitqi, cəmiyyətdə gender əsaslı ayrı-seçkiliyin yayılmasında və qarşısının alınmasında medianın rolu, qadın və uşaq hüquqlarının qorunmasını təşviq edən beynəlxalq standartlar və yerli qanunvericiliyin tələbləri, media peşəkarlığı aspektindən məsələyə baxış, etik və hüquqi məsələlər, jurnalistlərin hüquqları, vəzifələri, uşaq hüquqlarının mediada işıqlandırılmasında jurnalist məsuliyyəti, Azərbaycan mediasında qadın hüquqlarına tarixi baxış, sosial mediada gender bərabərliyi, eyni zamanda liderlik bacarıqlarının inkişaf etdirilməsi, insan mühəndisliyi, nüfuz, strategiya və digər mövzularda təqdimatlar və müzakirələr keçiriləcək.

Təlim çərçivəsində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə ekskursiya təşkil edilməsi və mərkəzdə göstərilən xidmətlərlə tanışlıq nəzərdə tutulur.

Təlimlər media üzrə ekspertlər və Dövlət Komitəsinin əməkdaşları tərəfindən aparılacaq.

Təlimin yekununda fəal iştiraka görə tələbələrə Dövlət Komitəsinin sertifikatları təqdim ediləcək.



Xəbəri paylaş

1199 dəfə oxunub.

Digər xəbərlər
18-11-2021, 12:48 Sabahın hava PROQNOZU