Tarix: 16-12-2021 | Saat: 11:42
Bölmə:Karusel / Region | çapa göndər
Azərbaycan prezidenti ilə dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmalar onların icrası zamanı regiondakı siyasi, iqtisadi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.
Bundan əvvəl Paşinyan qeyd edib ki, İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Yeraşx - Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub.
"Mən Azərbaycanla sazişin əhəmiyyətini həddindən artıq böyütmək istəmirəm. Amma digər tərəfdən, onu qiymətləndirməmək də lazım deyil. Bu, mühüm sazişdir və ümid edirəm ki, biz onu dəqiqliklə həyata keçirəcəyik. Bu, mühüm sazişdir. Bölgədəki iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək layihədir", - deyə Ermənistanın baş naziri əlavə edib.
Paşinyan bildirib ki, yaxın gələcəkdə diqqəti bu məsələnin həllinə yönəltmək lazımdır. İlham Əliyevlə də ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub. Onun sözlərinə görə, tərəflər ümumi yanaşma və baxış nöqtələrini formalaşdırmağa, eyni zamanda fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar.(virtualaz.org)
Digər xəbərlər