Saytımızı qiymətləndirin


 
 

Bərdədə də ermənilər var - Rayon əhalisinin milli tərkibi - SİYAHI
Tarix: 05-02-2024 | Saat: 11:12
Bölmə:Karusel / Sosial | çapa göndər

Bərdədə də ermənilər var - Rayon əhalisinin milli tərkibi - SİYAHI

 

1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Bərdə rayonunda əhalinin sayı 156 min nəfər olub.

Bu barədə Qarabaginfo.az-a Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Bərdə əhalisinin 79469 nəfərini kişilər, 76515 nəfərini qadınlar təşkil edir.

Rayonda doğulanların gözlənilən ömür uzunluğunun 75,2 yaş olduğu bildirilir.

Rəsmi məlumata görə, 2022-ci ildə Bərdədə 1148 nikah bağlanıb, 225 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Bərdə rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib.

Məlum olub ki, Bərdədə 3 nəfər erməni də yaşayır. Onların hər 3-ü qadındır.

Bərdədə say çoxluğuna görə azərbaycanlılardan sonra ruslar gəlir.

Şəki rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:

(modern.az)

 



Xəbəri paylaş

139 dəfə oxunub.

Digər xəbərlər