Saytımızı qiymətləndirin


 
 

Prokurorluqdan bu saytlara XƏBƏRDARLIQ
Tarix: 01-04-2022 | Saat: 11:10
Bölmə:Karusel / Kriminal | çapa göndər

Baş Prokurorluq tərəfindən dəfələrlə media nümayəndələrinə müraciət edilərək təhrif olunmuş, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunsa da, təəssüf ki, bəzi media subyektləri tərəfindən peşəkar jurnalistika fəaliyyətinə riayət edilmədən bu növ məlumatlar yayılmaqdadır.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumatda bildirilib.

 

Belə ki, 31 mart 2022-ci ildə “gazet.az” və “manset.az” media subyektləri tərəfindən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən 3 saylı tam orta məktəb binasının uçması nəticəsində 20-dən artıq şəxsin ölməsi və çox sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

 

Bununla da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, eləcə də “Media haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri pozulub.

 

Qeyd olunanları nəzərə alaraq, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin tələblərinə əsasən həmin internet informasiya resurslarına prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.

 

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bir daha media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş, suni ajiotaja səbəb ola biləcək məlumatların yayılmaması  xahiş edilir. Bildirilir ki, bundan sonra da bu kimi hallara qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.



Xəbəri paylaş

420 dəfə oxunub.

Digər xəbərlər