Saytımızı qiymətləndirin


 
 

“Türkiyə Rusiyanın yerinə keçə bilər, İngiltərə də bunu istəyir” - Sensasion iddia
Tarix: 06-03-2022 | Saat: 00:40
Bölmə:Karusel / Region | çapa göndər

“Türkiyə Rusiyanın yerinə keçə bilər, İngiltərə də bunu istəyir” - Sensasion iddia

"Rusiyanın Ukraynada hərbi yolla siyasi məqsədlərinə çatması mümkün deyil. Hətta Kiyev işğal olunsa belə, Moskvanın burada formalaşdıracağı hakimiyyət legitim olmayacaq”.

Qarabaginfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Ukrayna xalqı Rusiyayönlü hakimiyyəti qəbul etməyəcək:

“Bir sözlə, Rusiya bu müharibəni ilk gündən uduzub. Bununla belə, düşünürəm ki, bu müharibə dünya nizamını dəyişəcək və yeni təhlükəsizlik sisteminin formalaşmasına gətirib çıxaracaq. ABŞ, İngiltərə və Türkiyə kimi güclər yeni konyunkturada söz sahibi olacaqlar. Rusiyanın isə Avrasiya siyasəti fiaskoya uğrayacaq.

Putin “Çeçenistan ssenarisi”ni Ukraynada təkrarladı. Bununla isə Ukryana xalqında Rusiyaya qarşı qəzəb və nifrət yaratdl. Bu, əsrlərlə davam edən bir nifrət ola bilər. Çətin ki innən belə, Ukraynada kimsə bunu Rusiyaya bağışlasın”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, yeni dünya nizami formalaşır və yeni siyasi konyunkturada BMT kimi digər beynəlxalq təşkilatlarda da ciddi islahatlar gedəcək:

“Eyni zamanda, Avropa İttifaqı və NATO genişlənəcək. Bu da təsadüfi deyil. Rusiya Ukraynaya müdaxilə etməklə, Avropanın təhlükəsizliyi üçün yeni təhdidlər yaratdı. Bu müharibə nə ABŞ-ın İraqa müdaxiləsi, nə də Suriyada baş verənlərlə müqayisə edilə bilər. Çünki Rusiya bu bölgədə dövlətlərin sərhədlərini dəyişməklə, yeni ittifaq qurmağa çalışır.

Hesab edirəm ki, proseslər bu istiqamətdə davam etsə, Rusiya BMT Təhlükəsizlik Şurasından çıxarılacaq. Artıq bunun üçün yol axtarmağa başlayıblar. BMT Təhlükəsizlik Şurası yenidən qurulacaqsa, Türkiyənin burada yer alması mümkündür. İngiltərə də çalışacaq ki, Ankara burada yer alsın. Buna görə də, Türkiyə Ukrayna baş verənlərə biganə qalmır.

Göründüyü kimi, beynəlxalq müstəvidə ciddi dəyişiklik gedir. Putin Ukraynada müharibəyə başlamaqla həm Rusiyanın zəiflədilməsi üçün zəmin yaratdı, həm də ABŞ-ın beynəlxalq müstəvidə oynadığı rolunu artırdı. Ukrayna müharibəsindən sonra ABŞ yeni dünya nizamında “jandarm” rolunu yenidən öz üzərinə götürməyə çalışacaq”.



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər