Saytımızı qiymətləndirin


 
 

ABŞ-ın Venesuelaya zəlzələdən sonra ayırdığı yardım 310 milyon dolları ötüb
Tarix: 08-07-2026 | Saat: 08:24
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ-ın Venesuelaya zəlzələdən sonra ayırdığı yardım 310 milyon dolları ötüb

ABŞ-ın Venesuelədə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ayırdığı humanitar yardımın həcmi 310 milyon ABŞ dollarını ötüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Venesuelədəki müvəqqəti işlər vəkili Con Barrett brifinqdə bildirib.

Onun sözlərinə görə, Venesuela hakimiyyəti ABŞ-ın humanitar yardımın ölkə daxilində daha operativ paylanması ilə bağlı müraciətlərini tam şəkildə yerinə yetirir.

Xatırladaq ki, iyunun sonunda ABŞ Dövlət Departamenti Venesueləyə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün əlavə 150 milyon dollar yardım ayıracağını açıqlamışdı.

İyunun 24-də Venesuelədə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ baş verib. Son rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 3 535 nəfər həlak olub, 16 740 nəfər yaralanıb, 17 854 nəfər evsiz qalıb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər dağıntılar altından xilas edilib.

 



Xəbəri paylaş

14 dəfə oxunub.

Digər xəbərlər