Saytımızı qiymətləndirin


 
 

Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
Tarix: 14-12-2021 | Saat: 17:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür.

Qarabaqinfo.az-ın məlumatına görə, Əliyar Əliyar 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində doğulub. 1975-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. 1980-1982-ci illərdə hərbi xidmət keçib.

Ə.Əliyev  respublikanın adlı-sanlı idmançılarından biri sayılırdı. Dəfələrlə klassik güləş üzrə respublika, ümumittifaq və beynəlxalq yarışlarda qalib gəlmişdi. Onun səkkiz yetirməsi respublika və SSRİ çempionu idi, bir nəfər isə Olimpiya yığma komandasında təmsil olunurdu.

Əliyar Əliyev Ermənistan ölkəmizə qarşı təcavüzə başlayanda cəbhəyə ilk könüllü gedənlərdən biri olub. Tabor komandiri Ə.Əliyev dəfələrlə düşmənə ağır zərbə vurub.

O, 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə Laçının işğal altındakı doğumkəndlərini 4 gün ərzində ermənilərdən azad etməyə böyük yardım edib.

Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının 2 kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev qəhrəmancasına şəhid olub.

Əliyar Əliyev Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Azərbaycan prezidentinin sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Əliyar Əliyevin tələbələrindən biri - general-mayor Mais Bərxudarov söz vermişdi Milli Qəhrəmanın ruhunu şad etmək üçün Qubadlıya üçrəngli bayraq sancacaq. O bayraq 25 oktyabrda Qubadlıya sancıldı – həmin gün Qubadlı 27 ildən sonra işğaldan azad edildi.

Qubadlı işğaldan azad edildikdən bir müddət sonra rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Əliyar Əliyevin qəbirüstü abidəsi bərpa edilib. 

 

 



Xəbəri paylaş

1259 dəfə oxunub.

Digər xəbərlər