Saytımızı qiymətləndirin


 
 

Gürcüstana qanunsuz daxil olan Azərbaycan vətəndaşı Marneulidə qətl törədib
Tarix: 06-07-2022 | Saat: 19:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

İyulun 3-də Gürcüstanın Marneuli rayonunda baş vermiş qətl hadisəsini Azərbaycan vətəndaşının törətdiyi məlum olub.

Qarabaginfo.az xəbər verir ki, Gürcüstanın Baş Prokurorluğu həmin şəxsə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, odlu silah və sursatların qanunsuz əldə olunması, saxlanılması və daşınması faktları üzrə ittiham irəli sürüb.

Azərbaycan vətəndaşı həmçinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçmədə də ittham edilib.

Aparılmış istintaq zamanı müəyyən olunub ki, iyulun 3-də Azərbaycan vətəndaşı zərər çəkmiş şəxsə keçmişdə baş vermiş mübahisə səbəbindən qisas məqsədilə tapançadan bir neçə dəfə atəş açıb. Həmin şəxs xəstəxanaya çatdırılarkən yolda vəfat edib.

Təqsirləndirilən şəxsin 2022-ci ilin iyun ayında Gürcüstanın dövlət sərhədini qanunsuz keçdiyi və ölkəyə odlu silah və sursatlar gətirdiyi müəyyən edilib.

Azərbaycan vətəndaşının günahı sübuta yetirilərsə, onu 16 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Baş Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib.

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Azərbaycan vətəndaşı F.D. 2000-ci il təvəllüdlüdür və müxtəlif cinayətlərə görə keçmişdə mühakimə olunub. Qətlə yetirilən şəxs isə 1976-cı il təvəllüdlü V.O adlı şəxsdir. Onun soydaşımız olduğu bildirilir.



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər